Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2014

ABŞ-da polis daha bir qara dərili sakini güllələdi

ABŞ-ın Arizona ştatında polis silahsız qara dərili sakini güllələyib

“Reuters”in verdiyi xəbərə görə, mülki şəxs əlini döş cibinə atdıqda polis onun silah çıxaracağını zənn edərək atəş açıb. Halbuki orada dərman var imiş. Hadisədən əvvəl polis həmin şəxsin narkotik alveri ilə məşğul olmasından şübhələnib və iki şəxs əlbəyaxa olublar.

ABŞ-ın bir çox şəhərində son vaxtlar etiraz aksiyaları keçirilir. Avqust ayında afroamerikalı gənc Maykl Braunu güllələyən Darren Uilson adlı polis məhkəməni qərarı ilə həbsdən azad edildikdən sonra aksiyalar yeni vüsət alıb. Nyu-Yorkda qara dərili Erik Qarneri boğaraq öldürən polis Deniel Pantaleo haqda da anoloji qərar verilib. Buna etiraz olaraq Nyu-Yorkda minlərlə insan küçələrə çıxıb. Manhetten körpüsündə nəqliyyatın hərəkəti bir neçə dəfə dayandırılıb. Polis bəzi aksiya iştirakçılarını həbs edib. Vaşinqton, Boston, Çikaqo və Pittsburq şəhərlərində də aksiyalar keçirilib./apa/
1083 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı