Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2014

İngiltərədən Türkiyəyə: “Terrorçular haradadır?”

Danimarkadan sonra İngiltərə hökuməti də Türkiyədən İŞİD ilə bağlı hesabat istəyib.

İngiltərə kəşfiyyatı (Mİ-6) Mosuldakı əsirlərin qarşılığında Türkiyənin iki ingilis əsirini terrorçulara təhvil verdiyini iddia edib.

Mİ-6 hökumətə verdiyi hesabatda bildirib ki, İngiltərə vətəndaşı olan 19 yaşlı Şabaz Süleyman və 26 yaşlı Hişam Folkardın Türkiyə tərəfindən İŞİD-ə verilib. Bu hadisədən sonra rəsmi London Türkiyədən izahat tələb edib.

Bu arada “Tayms” (“The Times”) əsirlərin fotoşəkillərini dərc edərək onların İŞİD-in paytaxtı sayılan Rakkada olduğunu bildirib.

Xatırladaq ki, Mİ-6 iyul ayında Türkiyədə yoxa çıxan vətəndaşların axtarışını aparsa da, heç nəyə nail ola bilməmişdi./axar/
1134 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...