Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2014

Ailə faciəsi: 16 yaşlı qız intihara əl atdı

Kürdəmirdə 16 yaşlı qız özünü öldürməyə cəhd göstərib.

Hadisə bu gün saat 11 radələrində Soltan Şıxəliyev küçəsində, Dəmiryol stansiyasının yaxınlığında yerləşən ərazidə baş verib.

Kürdəmir rayon Seyid Əzim Şirvani küçəsi 2 A-da yaşayan Aynur Vüqar qızı Məhərrəmova qüllənin başından özünü atmaq istəyib. Dərhal əraziyə FHN və polis əməkdaşları cəlb edilib. İntaha cəhd edən qızla pisxoloji söhbətlər nəticə verib, Aynur Məhərrəmova xilas edilib.

A.Məhərrəmova intihar etmə istəyinin səbəbi kimi anasının ikinci dəfə ailə həyatı qurmasını göstərib. Aynur bildirib ki, atası dünyasını dəyişdikdən sonra anası ikinci dəfə ərə gedib. Qız isə nənəsi ilə qalıb. Son zamanlar qıza anası və nənəsi tərəfindən göstərilən pis münasibət, onu təhqiramiz sözlərlə ittiham etmələri qızı belə bir addım atmağa məcbur edib.
990 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber