Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2014

“Kəşfiyyat müharibəsi başlayıb”

Dünya ölkələrinin kəşfiyyat müharibəsi başlayıb.

Bu açıqlama ilə İranın Təhlükəsizlik naziri Seyid Mahmud Ələvi çıxış edib.

O, hazırda dünyada ordu müharibələrinin başa çatdığını bildirib:

“Orduların müharibəsi başa çataraq öz yerini kəşfiyyat və təhlükəsizlik xidmətlərinə verib. Belə ki, bu meydanda daxili ünsürlərdən istifadə edir və onları öz hökumətlərinə qarşı qaldırırlar. Təhlükəsizlik xidmətləri özlərinə lazım olmayan informasiyaları toplayır və onları ona ehtiyacı olan digər xidmətlərin ixtiyarına verirlər. Bu yolla iri ticarət və mənfəət əldə edirlər. Başda Amerika və İsrail rejimi olmaqla, Ərəbistan, İordaniya və Türkiyə kimi ölkələrin xəfiyyə sistemi Suriyada kəşfiyyat müharibəsinə start veriblər. Onun da məhsulu İŞİD-dir”./axar/
1117 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP