Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2014

Abgül Süleymanovu Qobustana göndərilir

Ruhani Abgül Süleymanovun bir il müddətinə Qobustan həbsxanasına köçürülür. Ruhaninin qohumu Ruhulla Novruzzadə “Media forum” saytına deyib ki, dekabrın 5-də Qaradağ Rayon Məhkəməsi ruhaninin saxlandığı 13 saylı Cəzaçəkmə Müəssisəsində səyyar iclas keçirərək belə qərar çıxarıb: “Məhbusun daxili nizam-intizam qaydalarını pozması əsas gətirilib. Abgül Süleymanov əvvəlcə 15 gün, sonra yenidən eyni müddətə karserə, daha sonra cərimə otağına salınıb. Məhkəmə qərarına görə o, 20 gün müddətinə Qobustandakı qapalı həbsxanaya göndərilməlidir”.

Abgül Süleymanov 2011-ci ilin avqust ayında həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi onu 11 il müddətinə azadlıqdan məhrum edib. Bakı Apellyasiya Məhkəməsi 23 yanvar 2013-cü il qərarı ilə hökmü qüvvədə saxlayıb. Abgül Süleymanov ötən il də Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 6 ay müddətinə Qobustan qapalı təcridxanasında saxlanıb.
1085 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP