Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2014

Xədicə İsmayıl həbs olundu

Məhkəmə onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilməsinə qərar verdi

Məhkəmə Xədicə İsmayıl barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilməsinə qərar verib.

***

Prokuror Xədicə İsmayıl barəsində 3 ay həbs-qətimkan tədbiri seçilməsini istəyib. Məhkəmə müşavirəyə gedib və 2 saatdan çox vaxt keçsə də müşavirədən qayıtmayıb.

***

Bir azdan qərar açıqlanacaq. Bu haqda Azadlıq Radiosuna vəkil Elton Quliyev məlumat verib.

***

Dostlarının dediyinə görə, Xədicə İsmayıl dekabrın 5-də səhər saatlarında prokurorluğa çağrılıb. Burada prokuror onun həbsi barədə təqdimat verib. Təqdimata baxılması üçün jurnalist Səbail rayon Məhkəməsinə aparılıb.

Dostları onu da bildiriblər ki, X.İsmayıl prokurorluğa intihara cəhd göstərmiş Tural Mustafayev adlı şəxsin işi üzrə çağrılıb.

***

Dekabrın 5-də jurnalist Xədicə İsmayılın həbsi ilə bağlı təqdimat verilib. Vəkil Elton Quliyev məhkəmənin onunla bağlı həbs qərarı çıxaracağını ehtimal edir.

Jurnalist ailə üzvlərindən dərmanlarını və paltarlarını gətirmələrini istəyib.

1083 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...