Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2014

“İran qırmızı xətdən geri çəkilməyəcək”

İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qanadı komandanının müavini İsmayıl Qaani jurnalistlərə açıqlamasında ölkənin Qərblə apardığı nüvə müzakirələrindən və Qərbin İrana qarşı təzyiqindən danışıb.

İsmayıl Qaani deyib: “ABŞ-ın İraqda, Suriyada, Yəməndə, Livanda, Qəzza zolağında və Əfqanıstanda öz hədəflərinə çatmasına mane olan əsas ölkə İrandır. İranın həmin ölkələrdə fəal olması və regionda ABŞ-a qarşı açıq şəkildə mübarizə aparması 5+1 qrupunun (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) nüvə danışıqları aparan İran nümayəndə heyətinə təzyiqini ikiqat artırıb. Lakin hesab edirəm ki, ölkəyə göstərilən bütün bu təzyiqlərə baxmayaraq İran nüvə danışıqlarında öz mövqeyindən və təyin etdiyi qırmızı xətdən geri çəkilməyəcək”./mediaforum/
1225 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.04.17, 14:22
Əsgərimiz şəhid olub
24.04.17, 09:55
Düşməndən qorxma!