Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2014

“WhatsApp”da inanılmaz səhv

Hindistandan 17 yaşlı təhlükəsizlik tədqiqatçıları İndrajit Bxuyan və Saurav Kar populyar “WhatsApp” messencerində (2.11.431 və 2.11.432 daxil olmaqla bütün versiyalarında) boşluq aşkar ediblər.

Boşluq xüsusi koddan ibarət mesajın messencerə göndərilməsi ilə uzaq məsafədən tətbiqin işini məcburi dayandırmağa imkan verir.

"ICTnews"un məlumatına görə, proqramın işini dayandıran mesaj 2000 simvoldan ibarətdir və 2 KB həcmindədir.

Maraqlı olan odur ki, mesaj almış istifadəçi onu silmək üçün dialoq pəncərəsinə qayıda bilmir: bunu etmək istədikdə tətbiq bağlanır. Yalnız bütün çatı silməklə yenidən proqramdan istifadə mümkündür.
1310 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP