Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2014

Kadırov öldürüldü

Çeçenistan Respublikasının lideri Ramzan Kadırov “Instagram” hesabında qohumu Umar Kadırovun Qroznıdakı son hadisələrdə qəhrəmancasına həlak olduğu haqqında yazıb.

Kadırov bildirib ki, 22 yaşlı gənc dünən Qroznının mərkəzində anti-terror əməliyyatı zamanı yaraqlılarla atışmada həlak olub.

“Mən indiyədək öz yaxın qohumum Umar Kadırovun qəhrəmanlıqla həlak olması haqqında danışmamışam. Onun 22 yaşı var idi. Amma Allaha, İslama və öz xalqına görə parlaq həyat yaşadı. Beləliklə, İslam uğrunda canlarını vermiş Kadırovlar nəslinin oğullarının uzun siyahısına daha bir ad əlavə olundu”, -deyə Kadırov yazıb.

Respublika başçısının sözlərinə görə, Çeçenistan Respublikasında Umar Kadırovun qəhrəmancasına həlak olmasıyla əlaqədar başsağlığı mərasimi keçirilib./ans/
1303 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP