Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2014

Ukrayna ordusu itki verib

Ukraynanın şərqində hökumət qüvvələri ilə separatçılar arasında döyüşlər zamanı tələfat olub.

Ukraynanın ordu sözçüsü Andriy Lısenko son 24 saat ərzində 6 əsgərin həlak olduğunu, 14-nün isə yaralandığını bildirib.

Sentybarda tərəflər arasında atəşkəsə dair Minsk razılığı əldə edilməsinə baxmayaraq, döyüşlər səgimək bilmir. Atəşkəsin pozulmasında tərəflər biri digərini ittiham edir.

Ukrayna prezidenti Petro Poroşenkonun veb səhifəsində dekabrın 9-da “Sükut günü” qüvvələrin atəşi dayandıracağı bildirilib.

Rusiyanın RİA xəbər agentliyi Donetsk Xalq Respublikasının rəhbəri Aleksandr Zaxarçenkoya istinadən “Sükut günü” atəş açmayacağını, lakin Ukrayna qüvvələrinin hücumlarının cavabsız qalmayacağını bildirib.

Eyni zamanda Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ və bəzi Avropa ölkəsini Rusiyanı Ukrayna böhranının səbəbkarı adlandırdığına görə tənqid edib. Nazir Moskvanın Ukrayna hökumətinin separatistlərlə birbaşa danışıqlara girməsi çağırışını bir daha təkrar edib.
983 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı