Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2014

Qroznı hadisələrinin arxasından Umarov çıxdı

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Qroznı hadisələri ilə bağlı açıqlama verib.

Kadırov bəyan edib ki, paytaxta baş verən terror aktlarını Doku Umarovun qardaşı Əhməd Umarov təşkil edib.

Çeçenistan lideri bildirib ki, bu barədə onun əlində təkzib olunmaz subutlar var.

“Əlimizdə sübutlar var ki, Qroznıdakı hadisələri təşkil edən və maliyyələşdirən Doku Umarovun doğma qardaşı Əhməd Umarovdur. Bu məsələdə Əhməd Umarov məsuliyyət daşıyır. O, məhkəməyə çıxarılmalıdır”, - deyə Ramzan Kadırov bildirib.

Qeyd edək ki, Qroznıda keçirilən xüsusi anti terror əməliyyatı zamanı 10 polis əməkdaşı həlak olub və 11 yaraqlı məhv edilib./ans/
1092 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber