Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2014

ABŞ yenə qarışdı: "Atəş açma, nəfəs ala bilmirəm"

Son iki həftədə Amerikanın demək olar ki, əskər ştatında polisin qaradərililərə qarşı davranışı məsələsi etirazlara səbəb olub. Bu gün isə afroamerikalılara qarşı daha bir polis zorakılığı qeydə alınıb. Polisin hədəfində olan qaradərilinin ölümü aləmi yenidən qarışdırıb.

Qaradərili Erik Qarnerin ölümünə səbəb olan polisin bəraət almasına qəzəblənən əhalinin etirazaları demək olar ki, bütün Birləşmiş Ştatları bürüyüb. Etirazların mərkəzi olan Nyu-Yorkun əsas küçələrinə minlərlə adam toplaşıb. Bir qrup insan yerə uzanaraq qərara qarşı çıxıblar. Nümayişçilər gecə saatlarında küçə boyu yürüş ediblər.

Aksiya iştirakçıları ”Atəş açma, nəfəs ala bilmirəm, qurbanlar üçün ədalət yoxdur” kimi şüarlar səsləndiriblər.

Etirazçılar bildiriblər ki, ölkədə ədalət mövcud deyil. Nümayişçilər polisin irqi ayrıseçkilik və insanları təhqir etdiyini deyiblər. Aksiya iştirakçıları qərarın dəyişdirilmsini və polisin həbs edilməsini tələb ediblər. Etirazçıların yürüşü tunellərdə maşınların hərəkətinə mane olub, bir sıra yolları bağlayıblar. Bruklin körpüsünün bir hissəsi bağlanıb.

Hüquq-mühafizə orqanlarının qaradərilini öldürməsilə bağlı iki həftədir ki, başlayan aksiyalar səngimməmiş Arizona ştatında da anloji hadisə baş verib. Polis zabiti yanlışlıqla 34 yaşlı Afrika mənşəli yerli vətəndaşı güllələyib. Bələ ki, mülki şəxs əlini döş cibinə atdıqda polis onun silah çıxaracağını zənn edərək atəş açıb. Sonradan məlum olub ki, cibində dərman var imiş. Polisin bu cür davranışları isə amerikalılarda belə bir sual qaldırıb. Əgər ölkədə polis səhv edirsə, o zaman kim düzdür.

Artıq ölkə rəsmilərini də indi ən çox düşündürən budur ki, polislə azsaylı icmaların əlaqəsində gücdən istifadəni necə azaltmalı, polislə icmalar qarşılaşanda necə düzgün qərar çıxarılmalıdır./ans/
1179 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber