Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2014

Bakı polisinə hədə-qorxu: “Mən generalın oğluyam!”

Dekabrın 5-də Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə və bölmə əməkdaşlarının iştirakı ilə paytaxt ərazisində keçirilən genişmiqyaslı reyd zamanı pərdə-plyonka ilə maşın sürən sürücü saxlanılıb.

“KİA” markalı, 90 FF 132 dövlət nömrə nişanlı avtomobil Bakıxanov küçəsində saxlanılıb. Avtomobilə baxış zamanı məlum olub ki, bütün şüşələrə plyonka vurulub. Arxa yan şüşələrdə isə tünd pərdələr var.

Yol polisi əməkdaşlarının avtomobildən pərdə-plyonkanı sökməyə çalışdığını görən gənc sürücü «məni tanımadınız, generalın oğluyam» deyərək polisə əngəl olmağa çalışıb.

Lakin jurnalistlərin çəkiliş apardığını gördükdə qaçmağa başlayıb.

DYP əməkdaşları avtomobildən pərdə və plyonkanı sökdükdən sonra nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb./avtosfer/
1189 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi