Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2014

79 jurnalist öldürüldü

Son bir ildə terrorçular tərəfindən öldürülən jurnalistlərin sayı bu gün 79-a çatdı.

Yəməndə “Əl- Qaidə” terrorçuları tərəfindən girov götürülən amerikalı jurnalist Lyuk Somersi öldürülüb. Bu barədə ABŞ rəhbərliyi məlumat verib. Bir müddət öncə terrorçular Amerika hökuməti qarşısında müəyyən tələblər qoymuş və tələbələrin yerinə yetirilməyəcəyi təqdirdə girovu öldürəcəklərini bəyan etmişdilər. İnternetdə isə Lyuk Somersin əks olunduğu videoyazı yayılmışdı və həmin kadrlarda jurnalist “Əl- Qaidə” tərəfindən edam ediləcəyi ilə hədələndiyini bildirirdi.

Lyuk Somers 2013-cü ilin sentyabr ayında Yəmənin paytaxtı Sənada Əl- Qaidə qruplaşmasına girov düşüb. Amerika hərbi qüvvələri ötən ay Somers və digər bir neçə girovun xilas edilməsi üçün Yəmənin təhlükəsizlik qüvvələri ilə birgə əməliyyat keçirmiş, lakin əməliyyatlar uğursuz olmuşdu.
1191 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 16:53