Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2014

“Ukraynanın 3 deputatını yerin dibinə basdıracam” - Kadırov

“Qroznıdakı terrorçuları dəstəklədiklərinə görə Ukraynanın 3 deputatı təcili tutulub Çeçenistana gətirilməlidir”.

Bunu Çeçenistan respublikasının prezidenti Ramzan Kadırov özünün İnstagram hesabında yazıb.

“Bu gün mən Çeçenistanın hüquq-mühafizə orqanlarına və xüsusi təyinatlılarına Ukrayna deputatları Yuri Beryoza, Andrey Levus və İqor Masiyçuka qarşı dərhal cinayət işi qaldırılmasını tapşırdım. Onlar açıq şəkildə Qroznıda 14 polis əməkdaşının öldürülməsinə aidiyyatı olan terrorçuları dəstəkləyiblər. Yeni vəziyyətlə əlaqədar mən göstərilən şəxslərin, eləcə də digər cani İsa Munayevin saxlanılması üçün tapşırıqlar verdim. Qroznıda baş verən hadisələrdə onların rolunu yoxlamaq vacibdir. Əgər kimsə hesab edirsə ki, terrorizmi dəstəkləyəcək və cəzasız qalacaq, tamamilə yanılır. Sözü ilə və ya dollarıyla maddi, mənəvi dəstək verən hər kəsi ya yerin dibindən tapıb çıxardarıq, ya da yerin dibinə basdırarıq!”, - deyə Çeçenistan prezidenti bildirib.
1022 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı