Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Dekabr 2014

Meksikada itkin düşmüş 43 tələbədən birinin meyiti tapıldı

Meksikada itkin düşmüş 43 tələbədən birinin meyitinin qalıqları identifikasiya olunub. “BBC”-nin verdiyi xəbərə görə, qalıqlar Gerrero ştatının Kokula şəhər zibilxanasında aşkarlanıb.

Qalıqları identifikasiya olunan tələbənin adı Aleksandr Moradır.

Xatırladaq ki, sentyabrda Qerrero ştatının İquala şəhərində polis və mülki silahlı şəxslər tələbələrin aksiyasını dağıdarkən silahsız etirazçılara atəş açıb, nəticədə 6 nəfər ölüb, saxlanılan 43 tələbə isə itkin düşmüş hesab olunub. Bir müddət əvvəl isə məlum olub ki, itkin düşmüş 43 tələbə “Qerrero unidos” adlı cinayətkar qruplaşmanın qurbanı olub.

İş üzrə şübhəli şəxs qismində saxlanılan bir neçə şəxs 40-dan çox gənci qətlə yetirdiklərini etiraf edib. İstintaq zamanı müəyyən edilib ki, iğtişaşlardan dərhal sonra asayiş keşikçiləri saxlanılan tələbələri cinayətkar qruplaşmanın üzvlərinə təhvil veriblər.

Məlum olub ki, qatillər əvvəl tələbələri güllələyib, cəsədlərini isə yandırıblar.

Qeyd edək ki, İquala meri tələbələrin oğurlanmasını təşkil etməkdə şübhəli bilinərək həbs edilib./apa/
1074 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP