Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Dekabr 2014

“Əl Qaidə”-nin beynəlxalq əlaqələndiricisi məhv edilib

Pakistan hərbçiləri bu gün “Əl Qaidə” terror təşkilatının beynəlxalq əməliyyatlarının əlaqələndiricisi Adnan aş Şükricumu məhv ediblər.

“TASS”-ın verdiyi xəbərə görə, ABŞ rəhbərliyi onun ələ keçirilməsi və ya məhv edilməsinə görə 5 mln dollar vəd etmişdi.

Qərb xüsusi xidmət orqanları Adnan aş Şükricumu Nyu York və London metrosunda, habelə Norveç dəmir yollarında partlayışlar planlaşdırmaqda şübhəli bilir.

Adnan aş Şükricum Pakistan ordusunun döyüş helikopterlərinin terrorçuların Cənu Vəziristan əyalətindəki Şinvarsak rayonunda yerləşən bazasına endirdiyi zərbələr nəticəsində məhv edilib. Onunla birlikdə 2 köməkçisi də öldürülüb.

ABŞ Federal Təhqiqatlar Bürosu 2010-cu ildə Adnan aş Şükricumun “Əl Qaidə” terror təşkilatının beynəlxalq əməliyyatlarının əlaqələndiricisi olduğunu elan edib. 39 yaşlı terrorçunun Səudiyyə Ərəbistanında dünyaya gəldiyi, Qayana vətəndaşı olduğu, uşaq və gənc yaşlarında ABŞ-da 15 il yaşadığı bildirilir./apa/
968 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:15