Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Dekabr 2014

AİM-in növbəti toplantısında mitinq hazırlığı müzakirə edildi

Keçən gün AİP Analitik İnformasiya Mərkəzinin həftəlik yığıncağı keçirildi.

AİM-in növbəti toplantısında AİP-in dekabrın 21-də keçiriləcək mitinqə münasibət, Sumqayıt və Qaraçuxur məscidlərində baş verən hadisələr, ölkədə və dünyada baş verən mühüm ictimai-siyasi olaylar müzakirə olundu. Bu barədə redaksiyaya AİM sədri Üzeyir Heydərov məlumat verdi:
-Tədbiri giriş sözü ilə açan AiP-in Binəqədi rayon təşkilatının sədri Hacı Rövşən Nuri partiyanın dekabrın 21-ə planlaşdırılan mitinqi haqda ətraflı məlumat verərək bildirdi ki, yüksək səviyyədə hazırlıq görülməlidir ki, AİP-in adına layiq bir tədbir keçirə bilək.
AİP-in təşkilati məsələlər üzrə sədr müavini Vüqar İbayev çıxışında mitinqə hazırlıqla bağlı paytaxt və bölgə komitələri ilə birgə görülən tədbirlər barədə məlumat verdi. Mitinqin izdihamlı keçməsi üçün artıq bu istıqamətdə ciddi addımlar atıldığını dedi.
Partiyanın siyasi məsələlər üzrə sədr müavini Akif Heydərli çıxışında qeyd etdi ki, biz ikinci dəfədir, Bakı şəhər İcra Hakimiyyətinə rəsmi müraciət edirik:
”Əgər bu dəfə də hakimiyyət icazə verməsə, biz icazəsiz mitinqə çıxmaq məcburiyyətində qalacayıq. Çünki bizim BŞİH-i məhkəməyə verməyə nə vaxtımız nə də həvəsimiz var.”

AİM üzvü Elmar Səmədov vahabizmin Azərbaycanda yaradılması səbəblərinə toxunaraq bildirdi ki, bu təriqətin fəaliyyəti əsasən şiəliyə qarşı yönəlib:
”Yarandığı gündən onlar kifayət qədər maliyyə imkanlarına malik olublar. Buna şərait yaradan insanları cəzalandırmağın vaxtı gəlib çatıb. Bu işləri gecikdirmək olmaz. “

AİM sədri hacı Üzeyir Heydərli ölkənin dini cameəsində baş verən hadisələrdən söz açaraq, Sumqayıtda məscidin divarlarına təhqiredici kəlmələrin yazılması ilə Qaraçuxur məscidində yanğın hadisəsi arasında paralellər apararaq, bildirdi ki, bu olaylar qarşıdurma planlarının mövcudluğundan xəbər verir:
”Bu təxribatların məhz matəm ayında, məhərrəmlik günlərində baş verməsi düşündürücü məqamlardır. Ola bilər ki, bəzi xarici qüvvələr bu təxribatlarla məzhəblərarası qarşıdurma yaratmaq istəyirlər. Hüquq mühafizə orqanları bu insidentin kökünü, hardan qaynaqlandığını araşdırmalıdırlar. O iki nəfər PKK tərəfdarının həbs olunması ilə bu məsələ qapadılmamalıdır. Əminəm ki, bunun kökü daha dərinlərə gedir. AİP olaraq biz, hər zaman bu təxribatlara qarşı olmuşuq və bundan sonra da belə olacaq. Ümidvaram ki, onlar bu təhrikedici hərəkətlərlə heç nəyə nail ola bilməyəcəklər.”

Gənclər təşkilatının səlahiyyətlisi Rəşad Dadaşov ölkənin dini cəmiyyətində məscidlərdə baş verənləri təhlil edərək, düşmən qüvvlərin qarşısının alınmayacağı təqdirdə, hadisələrin sonunun heç də yaxşı olmayacağını bildirdi.
AİP sədr əvəzi Elçin Manafov ayın 21-də keçiriləcək mitinqə hazırlıq və digər məsələlərə münasibətini açıqladı və ümud etdiyini bildirdi ki, hakimiyyət bu dəfə yəqin ki, bizə aksiya keçirməyə icazə verəcək. O, ölkədə və dünyada baş verən mühüm hadisələrə siyasi aspektdən nəzər salaraq öz mövqeyini açıqladı. Azadlıq radiosunun müxbiri Xədicə İsmayılovanın həbsinə münasibət bildirən Elçin Manafov bunu azad sözə təzyiq kimi qiymətləndirərək jurnalistin həbsini pislədi.
AİM-in dəgər üzvləri də müzakirə olunan məsələlər barədə fikirlərini bildirdikdən sonra tədbirə yekun vuruldu./İslaminsesi/
1056 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07