Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2014

Murad Ədilovun yaxınları polislərlə üzləşdirildi

Söhbət, Ədilovların evinə basqın zamanı onlardan hədə-qorxu ilə yalan ifadə alan polislərdən gedir

Şərlənərək həbs olunan AXCP üzvü Murad Ədilovun ailə üzvləri - anası və həyat yoldaşı şənbə günü istintaqa cəlb olunub. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə dəvət edilən ailə üzvlərinin bir müddət əvvəl verdikləri izahatla əlaqədar üzləşmə keçirilib. Üzləşmədə qarşı tərəfdən Sabirabad Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin rəisi Vüsal Şəbəndiyev, Elman adlı başqa bir polis əməkdaşı, həmçinin Narkotiklərlə Mübarizə Idarəsinin zabiti iştirak edib.

Üzləşmə zamanı Murad Ədilovun ailə üzvləri noyabrın əvvəlində verdikləri izahatı bir daha təsdiqləyiblər.

Xatırladaq ki, Murad Ədilov həbs edilən gün onların evlərinə basqın edən çoxsaylı (19 avtomobillik heyət) güc strukturu əməkdaşları hədə və təhdid yolu ilə onun həyat yoldaşı və anasından yalan ifadələr almışdılar. Evə basqın edənlərin hərəkətləri nəticəsində Murad Ədilovun kiçik qızı da daxil olmaqla, ailənin demək olar ki, bütün üzvləri psixoloji travma alıb. Onların səhhətində yaranan problem bu gün də davam etməkdədir. Təzyiq yolu ilə yaxınlarından alınan ifadələrdən isə Murad Ədilova qarşı həbs-qətimkan tədbiri seçilərkən istifadə olunmuşdu.


Murad Ədilovun yaxınları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə müraciət edərək, onlardan hədə-qorxu yolu ilə yalan ifadə alındığını bildirmiş və həmin ifadələrdən imtina etmişdilər. Şənbə günü isə onlar müstəntiqə yeni izahat veriblər.

Qeyd edək ki, Murad Ədilovun həbsində adı keçən əsas şəxslərdən biri - Vüsal Şəbəndiyev siyasi məhbuslara qarşı aqressiyası ilə seçilənlərdəndir. Onun adı keçən ay “Siyasi Məhbuslarsız Azərbaycan” Ictimai birliyinin hazırladığı hesabatda da öz əksini tapıb./azadlıq/
925 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:15