Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2013

Moskvada azərbaycanlı taksi sürücülərinə qarşı yeni qanun

Rusiya polisi paytaxt küçələrində qeyri-qanuni taksi fəaliyyəti ilə məşgul olan sürücülərə qarşı reyd keçirib. Polis əməkdaşları aralarında Azərbaycan vətəndaşının da olduğu 13 nəfəri saxlayıb. Lisenziyasız fəaliyyət göstərən şəxslər barədə inzibati protokollar məhkəməyə göndərilib.

“Öz şəxsi maşınımla xaltura eləyirəm. Məni qoymurlar burda işləməyə. Yanımızda rus sürücülər dayanıb ancaq onlara toxunmurlar. Bizi isə incidirlər. Bəs ailə saxlamaq lazımdır ya yox? Uşağ ağzını açır ki, ata mənə yemək ver” - deyə azərbaycanlı sürücü, İlham Səfərov bildirir.

Rusiya qanunlarına görə qeyri rəsmi taksi fəaliyətiylə məşğul olan sürücülərə 200 dollar miqdarında pul cəzası nəzərdə tutulur. Ancaq irəli sürülən yeni qanun layihəsi qəbul edilsə onların maşınları da əllərindən alınacaq.

Layihəsinin təşəbbüskarı Aleksandr Semennikov ans-ə verdiyi açıqlamada indiyədək paytaxtda qeyri-rəsmi taksi sürücülərinə tətbiq edilən pul cərimələrinin miqdarının qane edici səviyyədə olmadığını əsas gətirir. “Qanunlarımıza görə qeyri-rəsmi taksi sürücülərinə tətbiq edə biləcəyimiz maksimal cərimə miqdarı sadəcə 150 dollardır. Əlbətdə belə cərimə qeyri rəsmi taksi sürücülərini qorxutmur. Onlar bu cəzanı ödəyib yenə də işlərinə davam edirlər. Ona görə bu sürücülərin maşınlarının əllərindən alınmasını təklif etdik. Əlbətdə maşının şəxsi mülkiyyət olduğunu bilirik və onun müsadirə edilməsi üçün sürücünün başqa heç bir yerdə çalışmadığının və tək gəlir qaynağının qeyri rəsmi taksi sürücülüyü olduğunun isbatlanması lazımdır”.

Moskvada yaşayan və taksi sürücülüyü ilə məşğul olan həmyerlilərimiz isə çoxunun işləmək üçün icazəsi olmadığı üçün bu ölkədə rəsmi taksi sürücülüyü vəsiqəsi ala bilməyəcəklər.
1603 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16