Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2014

Suriya hökuməti İsrailin hücumlarına görə BMT-yə şikayət edib

Suriyanın Xarici İşlər nazirliyi Dəməşqin Beynəlxalq Hava limanına sonuncu hücuma görə İsrailə qarşı sanksiyalar tətbiq edilməsi üçün BMT-yə müraciət edib.

İnterAz-ın "Sputnik"-ə istinadən məlumatına görə, bu barədə Suriyanın "SANA" dövlət informasiya agentliyi xəbər yayıb.

"Suriya hökuməti terrorizmi açıq-aşkar dəstəklədiyini gizlətməyən İsrailə qarşı qabaqlayıcı sanksiyalar tətbiq edilməsinə çağırış edib və İsrailin bu cür hücumlarına son qoyulması üçün, BMT xartiyasına uyğun olaraq, bütün zəruri tədbirlərin görülməsinə çağırıb." - Suriya XİN-in məktubun deyilir.

Məktub biri BMT-nin baş katibinə, digəri isə BMT Təhlükəsizlik Şurasının sədrinə ünvanlanmaqla iki nüsxədə hazırlanıb.

Məktubda qeyd olunur ki, İsrail Dimus regionuna və Beynəlxalq Dəməşq hava limanına aviazərbələr endirməklə olduqca mənfur cinayətə bulaşıb. Məktubda, həmçinin,İsrailin bu hava hücumlarının silahlı terrorçulara açıq-aşkar dəstək olduğu vurğulanır və Suriya ordusunun son dövrlər terrorçular üzərində qazandığı nailiyyətlərə görə İsrailin narahat olduğu bildirilir.
944 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 08:07