Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2014

İntiharları polis gücünə önləmək olarmı?

Mirvari Qəhrəmanlı : "Körpünü qorumaq yox-insanları intihara sövq edən səbəbləri araşdırmaq lazımdır"

Metronun "Koroğlu" stansiyası yaxınlığındakı körpünün hər iki hissəsində 24 saatlıq polis mühafizəsi təşkil edilib. Buna səbəb intiharları ilə məşhurlaşan körpüdə bu cür arzuedilməz olayların qarşısını almaqdır.
Şübhəsiz, polisin intiharlarla bağlı narahatlığı başadüşülən olsa da, insanların intihardan məhz polis gücünə çəkindirilməsi heç də birmənalı qarşılanmayıb. İnsanların böyük əksəriyyəti hesab edir ki, hökumət intiharların qarşısını almaq üçün hər hündür yerə bir polis qoymaqdansa, insanları buna vadar edən səbəbləri - sosial problemləri, hüquqsuzluğu, isizliyi və s. həll etmək lazımdır.
Bununla bağlı Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlama verən hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı intiharlara qarşı polis mühafizəsinin əhəmiyyətsiz olduğunu vurğuladı: "Körpünü qorumaq yox-insanları intihara sövq edən səbəbləri araşdırmaq, təhlil etmək, bu səbəbləri törədən vəzifəli şəxslərə qarşı cinayət işi qaldırmaq, həmin vəzifəliləri cəzalandırmaq lazımdır. Hökumət, müvafiq qurumlar problemləri araşdırıb, müəyyən tədbirlər görməsələr, onda hündürmərtəbəli evlərin tikintisini, kəndir, dərman istehsalını dayandırmalı olacaq!"
1020 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:06
Kore