Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2014

Abdulla Gülə tapança “aparan” şəxs intihar etdi

2013-cü il noyabrın 25-də səhər saatlarında Çankaya Köşkünə gələrək, o vaxtkı prezident Abdulla Gülü ziyarət etmək istədiyini söyləyən və aparılan araşdırma zamanı çantasından tapança və narkotik çıxan 34 yaşlı Mehmet Salih Atlı intihar edib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 2 uşaq atası olan Atlı o zaman prezidentlə görüşüb ona bəzi şeylər vermək istədiyini bildirmişdi. Prezidentin mühafizə xidmətinin əməkdaşlarının şübhələnərək çantasından tapança, narkotik və 8 güllə götürülən “çağırılmamış qonaq” o zaman polisə təslim edilmişdi. Bundan sonra məhkəmənin qərarı ilə həbs olunan Atlı bir müddət həbsxanada qalıb, əsəb sisteminin yerində olmaması qənaətinə gəlinərək sərbəst buraxılıb. Mehmet Salih Atlı bu gün yaşadığı Malatyada avtomobilin içində tapançanı çənəsinə dayayıp atəş açaraq intihar edib.
937 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42