Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2014

Sual.nur-az.com-da günün sualı

Ümumi

Sual:
Salam-aleykum. Deyirler ki, şeytan insanı can verən vaxtı azdira bilər. Yəni küfrə sürükləyə bilər. Düz sözdür? Allah razıi olsun.
Bismillahir-rəhmanir-rəhim.

Cavab:

Əleykumus-salam.

Bəli, hədislərdə bu qeyd olunub. İmam Sadiq (ə) buyurur: İnsanın ölüm məqamında şeytan öz dəstəsi ilə gəlir ki, qəlbində şəkk yaratsın və onu küfrə çəksin. Eləki can verənin yanında olduz şəhadəteyni ona təlqin edin tainki dünyadan getsin.
İnsana ölüm vaxtı susuzliq baş verir şeytanda bundan istifadə edib bir bardaq su ilə insanın gözünə görsənib deyir ki, əgər bu çətinlikdən qurtarmaq istəyirsənsə denə Allah yoxdur və Hz. Mühəmməd (s) mənim peyğəmbərim deyil. Əgər imanı və əqidəsi zəif olsa bu sözləri deyər və sonra şeytandan su istəyər şeytan isə suyu yerə töküb deyər ki, tay sənə ehtiyacım yoxdur mən öz işimi gördüm, amma əgər imanı möhkəm və sabit olsa üzünü çevirər və şeytana əhəmiyyət verməz.
Hədislərdə ölüm vaxtı şeytanın hiyləsindən amanda qalmaq üçün sifariş olunub. Dünya malına ürək bağlamaq, namazı yüngül saymaq, halal və harama əhəmiyyət verməmək şeytana aldanmağa səbəb olar.
İmam Sadiq (ə) buyurur: Şeytan insanın imanını əlindən almaq üçün atası ya babasının simasında gələr və deyər ki, dinindən və məzhəbindən əlçək məndə bu dində idim indi isə buna görə əzab çəkirəm.
Ölüm mələyi gəlib şeytanı uzaqlaşdırar və şəhadəti özü təlqin edər. Hədisdə deyilir ki: Hz. Əzrail deyir mən hər namaz vaxtı gəlib insanların namazına baxaram əgər namazlarına əhəmiyyət verirlərsə ölüm vaxtı özüm onlara təlqeyn deyərəm.
Bir şəxs İmam Sadiqdən (s) soruşur ki, sənin səhabələrin deyirlərki, iman iki cürdür sabit iman və zahiri və aradan gedən iman, mən nə edim ki, imanım sabit olsun İmam buyurur: Bu duanı (namazın müştərək təqibatı) çox oxu:
رَضِيتُ بِاللَّهِ رَبّا وَ بِمُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ نَبِيّا وَ بِالْإِسْلامِ دِينا وَ بِالْقُرْآنِ كِتَابا وَ بِالْكَعْبَةِ قِبْلَةً وَ بِعَلِيٍّ وَلِيّا وَ إِمَاما وَ بِالْحَسَنِ وَ الْحُسَيْنِ وَ عَلِيِّ بْنِ الْحُسَيْنِ وَ مُحَمَّدِ بْنِ عَلِيٍّ وَ جَعْفَرِ بْنِ مُحَمَّدٍ وَ مُوسَى بْنِ جَعْفَرٍ وَ عَلِيِّ بْنِ مُوسَى وَ مُحَمَّدِ بْنِ عَلِيٍّ وَ عَلِيِّ بْنِ مُحَمَّدٍ وَ الْحَسَنِ بْنِ
عَلِيٍّ وَالْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَوَاتُ اللَّهِ عَلَيْهِمْ أَئِمَّةً اللَّهُمَّ إِنِّي رَضِيتُ بِهِمْ أَئِمَّةً فَارْضَنِي لَهُمْ إِنَّكَ عَلَى كُلِّ شَيْ‏ءٍ قَدِيرٌ
Rəzitu Billahi Rəbba və bi Muhəmmədin sallAllahu aleyhi ve alihi Nəbiyya və bil İslami dina və bil Qurani Kitaba və bil Kəbəti qiblətən və bi Əliyyin Vəliyyən və İmama və bil Həsəni vəl Huseyni və Əliyy ibnil Huseyni və Məhəmməd ibni Əliyyun və Cəfər ibni Muhəmmədin və Musa ibni Cəfərin və Əliyy ibni Musa və Muhəmməd ibni Əliyyun və Əliyy ibni Muhəmmədin və Həsən ibni Əliyyin vəl Huccət ibnil Həsən səlavatullahi ələyhim əimməh. Allahummə inni rəzitu bihim əimmətən fərzəni ləhum. İnnəkə əla kulli şəyin Qadir.
Həmçinin Əraf surəsi 54-55-56 cı ayələri və Ədilə duasını (Məfatihul-cinanda var bu dua) oxumaq sifariş olunub.
Allah sizə yar olsun.

1082 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı