Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2014

Hərbçilərimiz minaya düşüb: ölən var

Digər hərbçi xəstəxanaya yerləşdirilib

Bu gün Azərbaycan Ordusunun hərbçiləri minaya düşüb. Müdafiə Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində 1980-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış Silahlı Qüvvələrimizdə müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçu kiçik çavuş Qurbanov Qoşqar Məqsəd oğlu həlak olub. Digər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Şahvələdov Eşqin Alı oğlu isə yaralanıb.

Yaralı əsgərə ilkin tibbi yardım göstərildikdən sonra hərbi tibb müəssisəsinə təxliyyə edilib. Hazırda əsgərin vəziyyəti kafidir, o həkimlərin nəzarəti altındadır./lentaz/
1034 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:53