Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2014

Azərbaycanlı kişi maşınla arvadının üstündən keçib

Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Qaraçöp (Saqareco) bölgəsinin Tüllər kəndində cinayət hadisəsi baş verib.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, şənbə günü Tüllər kənd sakini Elimxan Yadigarov həyat yoldaşı Məleykə Yadigarovaya silahdan atəş açıb. Güllə qadına dəyməyib. Bu zaman E. Yadigarov maşını ilə həyat yoldaşının üstündən keçib və nəticədə M. Yadigarova dünyasını dəyişib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, hadisəni törətməkdə təqsirli bilinən E. Yadigarov saxlanılıb. Onun törətdiyi əməli etiraf etdiyi bildirilir. Faktla bağlı cinayət işi başlanıb. Onun avtomobili araşdırma aparmaq üçün götürülüb.

Məlumata görə, 41 yaşlı Elimxan Yadigarovun Məleykə Yadigarova ilə nikahından övladları var və oğlu evlidir./apa/
930 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı