Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2014

NATO və ABŞ geri çəkildi

Amerika Birləşmiş Ştatları və NATO Əfqanıstanda missiyasını rəsmi olaraq bu gün başa çatdırıb.

11 sentyabr hadisələrindən sonra "Taliban" hərəkatı ilə mübarizəyə yönəlmiş hərbi missiya 13 il davam edib. Missiyanın başa çatması Əfqanıstanda təhlükəsizliyə nəzarətin yerli təhlükəsizlik qüvvələrinə təhvil verilməsi deməkdir.

Təhvil-təslim mərasimində NATO-nun Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələrinin Baş qərargah rəisi, amerikalı general Con Kempbel İSAF bayrağını endirərək, missiyanı təhvil verib. General Con Kempbel bildirib ki, missiya bundan sonra Əfqanıstan təhlükəsizlik qüvvələrinə dəstək və təlim missiyasına çevriləcək.

2015-ci il yanvarın 1-dən NATO və ABŞ koalisiyasının Əfqanıstanda yalnız 13 min əsgərdən ibarət hərbi qüvvəsi qalacaq. 2011-ci ildə bu rəqəm 140 min əsgər idisə, hazırda bu rəqəm15 min nəfərdir./ans/
915 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP