Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2014

İŞİD-in xərabə qiyməti

İraq rəsmiləri İraq və Şam İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının ölkəyə vurduğu maddi zərəri hesablayıb.

Silahlı qruplaşmanın Diyala, Ninova, Səlahəddin və Ənbar vilayətlərində 65 körpü uçurduğu ortaya çıxıb. Həmçinin regionda infrastruktura ciddi zərər dəyib.

İraqın tikinti və infrastruktur naziri Tarik Haykani bildirib ki, silahlı qruplaşmanın vurduğu zərərin toplam qiyməti 7 milyard dollara bərabərdir.

"Söhbət 4 vilayətdə yaşanan dağıntıların aradan qaldırılması və buraların yenidən abadlaşdırılması üçün beynəlxalq dəstəyə ehtiyacımız var, çünki İraqın öz büdcəsinin imkanları buna çatmaz",- deyə Haykani vurğulayıb./ans/
1009 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi