Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2014

Azərbaycan Ağır Atletika Federasiyası idmançını şikəst edib

Azərbaycan Ağır Atletika Federasiyasında qalmaqallar və xaos davam edir. Həm idmançı qıtlığından əziyyət çəkən, həm də narazılıqların baş qaldırdığı federasiya problemlərdən yaxa qurtara bilmir.

Dünya çempionatına üç yeniyetmə idmançı ilə qatılan federasiya fiaskoya uğradı. Federasiya dünya çempionatına öncə 9 idmançı sifariş veribmiş. Ancaq dopinq məsələsindən gözü qorxan rəsmilər növbəti dəfə cəza ilə üzləşməmək üçün öncədən həmin 9 idmançının qanını yoxlatmaq üçün laboratoriyaya yollayıb. Sonradan yerli federasiyaya məlumat gəlib ki, idmançıların qanı “xarab”dır. Belə ki, idmançılarımızın qanında qadağan olunmuş maddə tapılıb.

Azərbaycan Ağır Atletika Federasiyası da həmin cəzaya bir də düşməmək üçün sifariş vərəqəsini ləğv etdirib. Bundan sonra rəhbərlik idmançıların sayını üçə endirib. Yarışa 1997-1998 təvəllüdlü üç ağır atlet göndərilib.

10 gün keçməmiş federasiya bir neçə idmançı ilə Avropa çempionatına yollanıb. Elə olay da burdan başlayıb.

Mətbuatda yayılan məlumatlara görə, Avropa çempionatında 62 kq çəki dərəcəsində çıxış edən “Lənkəran-Zirvə” idman klubunun üzvü Rüstəm İmanzadə birdən qaldırma hərəkətində əvvəlcə 117 kq-ın öhdəsindən uğurla gəlib. Sonra 122 kq sifariş verən atletimiz bu yanaşmanı da uğurla yerinə yetirib. Üçüncü yanaşmasında isə Rüstəm 124 kq sifariş verib. 16 yaşı olan ağır atletimiz bu çəkini qaldırsaydı, yeniyetmələr arasında Avropa rekordunu yeniləyəcəkdi.

Təəssüf ki, Rüstəmin bu cəhdi alınmayıb. Buna baxmayaraq İmanzadə 122 kq-la bu hərəkətdə Avropa bürüncünə layiq görülüb.

Təkanla qaldırma hərəkətinə 143 kq-ı uğurla ram etməklə başlayan İmanzadə ikinci cəhdində 148 kq-a yaxınlaşıb. Ştanqı sinədən sıxarkən qolu arxaya gedən idmançımız ciddi zədə alıb. Tibbi yardım göstərilən Rüstəm 3-cü yanaşmadan imtina edib. Buna baxmayaraq o, bu hərəkətdə 5-ci, toplamda 4-cü yeri tutmağı bacarıb.

Bu, mətbuatda idmançımızın zədəsi ilə bağlı yazılan qısa, həqiqəti tam əks etdirməyən məlumatdır. Düzdür, idmançımız sadalanan bu çəkilərin öhdəsindən peşəkar şəkildə gəlib. Sonda isə bədbəxt hadisə ilə qarşılaşıb. İdmançımızın ötən illərdə zədə almış qolu yenidən zədələnib. Ştanqı başı üzərinə qaldırmaq istəyən idmançımızın sol qolu çıxıb, müvazinətini saxlaya bilməyən idmançı ştanqı onurğa sütununun üstünə salıb. Bundan sonra idmançı ağır vəziyyətdə xəstəxanaya qaldırılıb.

Hazırda onun ayaqları işləmir. Aldığımız məlumata görə, Gənclər və İdman Nazirliyi idmançının müalicəsi üçün 30 min manat pul ayırıb. Rüstəm İmanzadə bir neçə gündür ki, Moskva şəhərindədir. İdmançı orda üç ay bərpa müddəti keçməlidir.

R.İmanzadənin sosial şəbəkədə paylaşdığı fotolar da ürək ağrıdır. Belə ki, Rüstəm hazırkı durumda bəzi şəkillərini paylaşıb və “Ayaqsız günlərimlə mübarizə aparıram” yazıb.


Maraqlıdır, federasiya Rüstəm İmanzadəni görəsən, niyə xatırlamır, nəyə arxayındır ki, susub otururlar?

Ancaq Ağır Atletika Federasiyasındakı özbaşınalıq bununla da bitmir. Əldə etdiyimiz digər məlumata görə, federasiyada 13-14 yaşlı idmançıları qadağan olunmuş preparatlardan istifadəyə məcbur edirlər. Bu isə onlara heç də yaxşı təsir etmir. Yeniyetmələrin görünüşündə dəyişikliyə səbəb olur. Onlar yaşlarından qat-qat böyük görünürlər. Bunun özü sağlamlığa böyük ziyandır.

Məlumatda bildirilir ki, qurumda baş verənlər Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərovdan gizlədilir. Bunun arxasında isə Ağır Atletika Federasiyasının baş katibi, özü yüngül atlet olmuş Yavər Hacıyev və C.Əsgərovun müavini Elxan Əliyev durur.
971 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 00:40