Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2014

Kəmaləddin Heydərovun "işçisi" 71 min rüşvət alıb - rəsmi

Neftçala rayonundan olan bir qrup sakinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidməti verdiyi məlumatda növbəti korrupsiya faktından bəhs edib.

Araşdırmalar zamanı özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim etmiş Fidan Qarazadənin 2014-cü ilin iyun-oktyabr ayları ərzində Neftçala rayon sakinlərindən onları nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin ayrı-ayrı qurumlarına işə düzəldilməsini vəd edərək aldatma yolu ilə ümumilikdə 71 min manat məbləğində pul vəsaitini ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb./modren/
906 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber