Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2014

Rusiya: “Qafqaz ABŞ üçün niyə mühüm regiondur?”

Vyetnam, Əfqanıstan, Yuqoslaviya, İraq və Liviyadakı hadisələr ABŞ-ın öz “həyati dərəcəli maraqlarına” necə riayət etdiyini bütün dünyaya göstərdi.

RİA Novosti bildirir ki, bu fikirləri Rusiya Müdafiə nazirinin müavini Arkadi Baxin bəyan edib.

“Hazırda müharibə, o cümlədən irimiqyaslı müharibə təhlükəsinin olmadığını təsdiləməyə əsas varmı? Bütün dünyaya elan olunub ki, Baltikyanı ölkələr, Ukrayna, Qafqaz, Orta Asiya respublikaları, Qazaxıstan ABŞ üçün həyati önəm daşıyan regionlardır. ABŞ-ın həyati önəm maraqları nə deməkdir və ABŞ-da necə davranışlar var, yaxşı bilirik”, - deyə Baxin Rusiya sərhəd qoşunlarının yaradılmasının 100 illiyinə həsr olunmuş açıq konfransda bildirib.

Nazir müavini xatırladıb ki, NATO genişlənir və Rusiya sərhədlərinə yaxınlaşır:

“Baltik dövlətlərində ABŞ-ın köməkliyi ilə hava məkanına nəzarət mərkəzi, güclü RLS-ə növbətçilik yaradılıb. Bu isə ABŞ Hava Qüvvələrinin keçmiş sovet aerodromlarında istifadəsinə imkan yaradır”.

Onun sözlərinə görə, Tacikistan, Qırğızıstan və Özbəkistanda ABŞ bazalarının yaradılmasını, Ukrayna və Baltik sərhədlərində təlimlərin keçirilməsini, Gürcüstan səmalarında AWACS təyyarlərinin uçmasını şərh etməyə isə ehtiyac yoxdur./axar/
1051 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı