Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2014

“ABŞ-ın əsas hədəfi Rusiyadakı rejimi dəyişməkdir”

“Rusiya Ukrayna böhranı ilə əlaqədar ABŞ tərəfindən tətbiq olunan sanksiyalarla uzun müddət məşğul olmaq məcburiyyətində qalacaq”.

Bunu Dövlət Dumasında Rusiya-ABŞ münasibətlərinə həsr olunan müzakirələrdə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Onun sözlərinə görə, Rusiyanın sanksiyaların öhdəsindən gəlməsi uzun sürən bir proses olacaq: "Bu proses illər çəkəcək".

Cekson-Venik düzəlişinin ləğvi üçün 40 il mübarizə apardıqlarını xatırladan Rusiya XİN başçısının müavini bildirib ki, bu düzəliş indiki sanksiyaların kiçik bir hissəsi kimi görünür.

ABŞ-ın Ukrayna böhranı ilə əlaqədar tətbiq etdiyi sanksiyaların hədəfinin doğru ifadə olunmasının vacibliyini vurğulayan S. Ryabkov qeyd edib ki, sanksiyaların əsas hədəfi Rusiyadakı rejimin dəyişməsi olub: "ABŞ Rusiyada hakimiyyəti dəyişmək niyyətində olduğunu gizlətmir. Rusiya ölçüb-biçilmiş addımlar atmalıdır. Biz ABŞ-la əlaqələri kəsən ilk tərəf olmamalıyıq. Əks tədbirlərimiz balanslı və planlı şəkildə olmalıdır"./apa/
1158 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.11.17, 09:05