Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2014

Amerika hərbi təyyarəsinin biri vuruldu, birini isə ələ keçirildi

Rusiyanın hava hücumundan müdafiə sistemləri ABŞ-a məxsusu pilotsuz təyyarəni ələ keçirib.

Hadisə bu ilin mart ayında Krımın Rusiyaya ilhaq edilməsi ərəfəsində baş verib.

Rusiya hərbi dairələrinin verdiyi məlumatda deyilir ki, martın 10-da Krım səmasında kəşfiyyat uçuşları edən ABŞ ordusuna məxsus MQ-5B Hunter pilotsuz təyyarəsi məcburən yerə endirilib. 

Təyyarənin 66-cı ABŞ Hərbi Kəşfiyyat Briqadasına məxsus olduğu bildirilir. Əvvəllər Bavariyada yerləşən briqadanın hazırda Ukraynada yerləşdiyi iddia olunur. 

Rusiya silahlı qüvvələrindən verilən məlumatda həmçinin bildirilir ki, Krım səmasında icazəsiz uçuşlar edən ABŞ təyyarələrindən biri də vurulub. 

Artıq Krım səmasının etibarlı şəkildə qorunduğunu bildirən məlumatda deyilir ki, bunun üçün ən müasir hərbi texnologiyalardan istifadə olunur./ans/


1053 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı