Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2014

ABŞ-da təyyarənin yaşayış evinin üstünə düşdü: 6 ölü

ABŞ-ın Merilend ştatında yüngül təyyarənin yaşayış evinin üstünə düşməsi nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

İTAR-TASS agentliyinin verdiyi xəbərə görə, əvvəl ölənlərin sayının 3 nəfər olduğu bildirilirdi.

Son məlumatlara əsasən, təyyarənin pilotu və iki sərnişindən başqa daha 3 nəfər yerdə ölüb. Ölənlərin adları hələlik açıqlanmır. Qəzanın baş vermə səbəbi məlum deyil, hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
827 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber