Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2013

Möhtəşəm ulduz yağışı olacaq

Noyabrın 17-dən 18-ə keçən gecə Yer planeti Leonida meteor axınından keçəcək

Noyabrın 17-dən 18-ə keçən gecə Yer planeti Leonida meteor axınından keçəcək. Yer artıq keçidə başlayıb - noyabrın 9-dan 22-ə kimi meteor axınlarında keçir. Amma onların ən iri axını 17-dən 18-ə keçən gecə olacaq.

Simsar.az Rusiya mətbuatına istinadən bildirir ki, Yer sakinləri gözəl meteor yağışları görə biləcəklər. Bəzən saniyədə 50-yə yaxın partlayış müşahidə ediləcək. Ən yaxşı müşahidələr gecənin ikinci yarısına təsadüf edəcək. Müşahidə üçün teleskop və binokllara ehtiyac olmayacaq, ulduz yağışını adi gözlə seyr etmək mümkün olacaq.
2000 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber