Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2014

ABŞ-ı getdikcə qara basır

ABŞ getdikcə kəskinləşən irqçilik problemindən çıxış yolu tapa bilməyib. Qaradərililərin etirazı səngimək əvəzinə dinc məcradan çıxaraq daha da aqressivləşir. Zorakılıqların davam etməsindən təkcə, hökumətin deyil, övladını itirən qaradərilinin anasının da narahat olması vəziyyətin nəzarətdən çıxmasından xəbər verir!

Birləşmiş Ştatlarda qaradərili Erik Qarneri öldürən polisin bəraət alması ilə razılaşmayan əhali 4 gün idi ki, öz etirazlarını sakit formada bidirirdisə, artıq 2-ci gecədir aksiyalar zorakı xarakter almağa başlayıb. Şənbə günü gecə Kaliforniya ştatının Berkli şəhərində itaətsizliklə nəticələnən aksiya ştatın digər şəhəri Oaklanddə baş verib və toqquşmalar olub.

Polis zorakılığına qarşı etiraz edən aksiya iştirakçıları yürüş keçirərək bir sıra mağaza və tikiliyə od vurub.

Berkleydə etirazçılar bəzi biznes müəssisələrini dağıdıb və talan ediblər. Narazı əhali bir neçə polis maşınını yandırıb, polisə partlayıcı maddə, şüşə və daş atıb. Cavab olaraq polis göz yaşardıcı qazdan istifadə edib.

Polisin dediyinə görə, hətta sakinlərdən biri etirazçıların vandalizm hərəkətlərini dayandırmaq istəyərkən ona qarşı da hücum edilib. Etirazçılar şosse yolla yürüş edərək nəqliyyatın hərəkət etməsinə mane olublar. 250-dən çox yanğınsöndürən maşın baş vermiş yanğını söndürmək üçün cəlb edilib.

Kaliforniya polisi zorakılıqlar törədənlər arasında həbslər həyata keçirdiyini açıqlasa da, dəqiq neçə nəfərin saxlandığı barədə məlumat verməyib.

Erik Qarnerin anası etirazçılarla qürur duyduğunu bildirib. Amma o, heç bir zorakılıq istəmədiyini və hər kəsi öz etirazını sakit formada davam etdirməyə çığırıb.“Vəhşilik istəmirik. Sülh ən yaxşı mesajdır” deyib.

ABŞ prezidenti Barak Obama ölkədə baş verənlərə bir daha münasibət bildirib. Və o, irqçilik və qərəzlilik kimi dərin kök salan problemlərin çözümünə kifayət qədər vaxt lazım gəldiyini söyləyib.

"Gənclərlə görüşəndə onlara başa salıram ki, bu, bir gecəyə həll olunan məsələ deyil. Bu, bizim cəmiyyətə, bizim tarixə dərin kök salmış problemdir. İndi baş verənləri heç cür 50 il əvvəl baş verənlərlə müqayisə etmək olmaz” – deyə Obama bildirib.
832 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...