Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2014

Əhaliyə bulaq suyu adı ilə Kür suyu satılır

“Kristal Ltd” şirkəti bulaq suyu adı altında vətəndaşlara qablaşdırılmış natəmiz su satır.

Bu barədə sözügedən şirkətin “İpək Su” və “İpək Su Məxməri” adı altında satışa çıxardığı suyun hansı formada qablaşdırılması və suyun haradan alınmasının şahidi olan vətəndaşlardan biri məlumat verib.

Məlumata görə, LTD-nin “İpək Su” və “İpək Su Məxməri” qablaşdırılmış içməli sularının üzərindəki etiketdə suların Xaçmazın Qumılqışlaq kəndində olan bulaqlardan doldurulduğu qeyd edilib. Şikayətçi qedy edir ki, Qumılqışlaq kənd bələdiyyəsinin icazəsi ilə kənddən Bakıya su gətirilir:

“Əslində, həmin sular Kür çayından götürülür və aparatdan keçirib "ultrabənövşəyi" şüa ilə şirinləşdirilir. Bundan sonra qablaşdırılaraq əhaliyə bulaq suyu adı ilə satılır”.

“Kristal Ltd” şirkətinin rəsmi saytında qeyd edilib ki, sular Xaçmaz rayonunun “şimal-şərqi Qafqaz dağlarından” alınır. Yüksək texnologiyalı müasir doldurulma və çoxmərhələli təmizləmədən sonra su büllurlaşdırılır. Filtrasiya prosesində bütün faydalı elementlər qorunub saxlanılır, ancaq xoşagəlməz elementlər dəf olunur. Su ultrabənövşəyi lapmadan keçirilir və ozonlaşdırılır.

“Kristal Ltd”-nin istehsal etdiyi qablaşdırılmış sularla bağlı şirkətin özü ilə də əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı./axar/
837 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı