Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2014

Rusiya Azərbaycana sərnişin qatarlarının hərəkətini ləğv edir

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamenti sərnişinlərin nəzərinə çatdırır ki, 16 dekabr 2014-cü ildən Şimal istiqamətdə hərəkət edən, «Rusiya Dəmir Yolları» ASC-yə məxsus bəzi sərnişin qataprlarının hərəkəti müvəqqəti olaraq dayandırılır. Bu barədə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Belə ki, «Rusiya Dəmir Yolları» ASC-nin məlumatına əsasən, 16 dekabrdan etibarən Rusiya dəmir yollarına məxsus Rostov-Bakı, 18 dekabrdan etibarən Tümen-Bakı, 20 dekabrdan etibarən Moskva-Bakı sərnişin qatarlarının hərəkəti iqtisadi cəhətdən səmərəli olmadığına görə dayandırılır.

Nadir Əzməmmədovun sözlərinə görə, Bakıdan Rostova və ya əks istiqamətdə gedən sərnişinlər Bakı-Xarkov qatarının xidmətindən istifadə edə biləcəklər.

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamenti sərnişinlərin nəzərinə çatdırır ki, Tümen-Bakı sərnişin qatarının əvəzinə 14 dekabrdan etibarən Tümen-Mahaçqala qatarı təyin olunacaqdır. Həmin qatara və Rusiya və MDB Dəmir Yolları ərazisində hərəkət edən digər sərnişin qatarlarına bilet satışı Bakı-sərnişin stansiyasının 2 №-li kassasından həyata keçiriləcəkdir.

Sərnişinlərin nəzərinə o da çatdırılır ki, «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı-Moskva sərnişin qatarı həftənin 4-cü günləri, Bakı-Xarkov sərnişin qatarı isə dörd gündən bir – cədvəl üzrə - hərəkətdə olacaqdır.
757 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...