Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2014

Binəqədidə icra başçısının “qoçuları” iş başında

Rövşən və Orxan adlı şəxslər yaşlı qadını onlardan icazəsiz çardaq tikdiyinə görə döyüblər

Binəqədi rayonunda İcra hakimiyyətinin nümayəndələri “burda mənəm, Bağdadda kor xəlifə”deyib istədikləri kimi at oynadırlar… Bunu deməyə bizə gördüyümüz görüntülər əsas verir.

Belə ki, Binəqədi rayon sakini Şüküfə Cəfərova deyir ki, “Oktyabr ayının sonlarında həyətimdə çardaq tikmək istəyirdim… Ancaq Binəqədi rayon icra hakimiyyətinin qoçuları Rövşən və Orxan adlanan şəxslər həyətimə girərək, məni hədələməyə başladılar… Onlar dedi ki, “sən bizi görməmiş işə başlamaqda başından böyük səhv etmisən... Məgər bilmirsən ki, bu ərazidə bizdən xəbərsiz bir çöp belə tərpətmək olmaz?”

Biçarə Şüküfə xanim hardan bilərdi ki, bu qoçular ona bu səhvinin bədəlini ağır ödətdirəcəklər... Daşı daş üstünə qoyduğu üçün oğlunu və özünü az qala edam stoluna çıxartdıran icra nümayəndələri, deyəsən özlərini bir anlıq mafiya başçıları hesab ediblər... Qadına əl qaldıraraq, ona güclərini göstərən bu qoçulara “ulduzlu medal” düşür...!

Məsələ bağlı Binəqədi rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb, “Bu nə məsələdir, sizdə bütün problemləri bu cür qol gücünə həll edirlər” sualını vermək istədik... Ancaq çox heyif ki, dəfələrlə cəhd etməyimizə baxmayaraq zənglərimiz cavabsız qaldı...

Yəqin ki,icra nümayəndələri bu dəfə də kiməsə səhvini başa salmağa gediblər... Adətləri üzrə dil gücünə deyil, qol gücünə...!/Bolgexeber/
770 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber