Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2014

"İŞİD" Suriyada "ən-Nusra"nın 60 üzvünü həbs edib

“İslam Dövləti” terror təşkilatı Dirazzurda "əl-Qaidə"nin Suriyadakı qolu “ən-Nusra Cəbhəsi”nə mənsub 60 şəxsi həbs edərək naməlum istiqamətə aparıb.

İnterAz-ın Suriya İnsan Hüquqları Müşahidəçi Qrupuna istinadla verdiyi xəbərə görə, "İŞİD" "ən-Nusra" silahlılarını öz sıralarına qatılmağı və onların tərəfində döyüşlərə girməyə məcbur edir.

Qeyd edək ki, 2013-cü ilin yay aylarından etibarən Suriyada "İŞİD"lə “ən-Nusra Cəbhəsi” və müxalifətin Azad Suriya Ordusu arasında şiddətli döyüşlər başlayıb. Daha sonra isə “ən-Nusra Cəbhəsi” ilə Azad Suriya Ordusu arasındakı qarşıdurmalar, Suriya müxalifəti sıralarında qeyri radikal qüvvələrin tədricən məhv olmasıyla nəticələnib.
961 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber