Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2014

Azərbaycanda kütləvi dava: yaralanan var

Gədəbəydə kütləvi dava baş verib.

Dava zamanı bir nəfər ölümcül yaralanıb. Hazırda polis iştirakçıların saxlanılması istiqamətində zəruri tədbirlər həayata keçirir.

Hadisə Gədəbəy rayonunun Dəyirmandağ kəndi ərazisində qeydə alınıb. Qanlı münaqişə zamanı Düzyurd kənd sakini 23 yaşlı Elşən Alıyev ağır bədən xəsarətləri alıb. Yaralı dərhal yaxınlarının köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

"Xəstənin bizim şöbəyə gətirilərkən bədənin müxtəlif nahiyyələrində xəsarətlər vardır. İlkin tibbi yardım göstərilib. Hazırda müayinə və müalicələr davam etdirilir. Səhhətindən asılı olaraq sonrakı müalicə üçün reanimasiya şöbəsinə köçürülməsi planlaşdırılır", - həkim Mehman Hüseynov bildirib.

Zərərçəkənin atası Valeh Alıyevin sözlərinə görə, oğlu həmyerliləri Tural Allahverdiyev, Vüqar Abdullayev və Ruslan adlı şəxs tərəfindən döyülüb.

Bunun üçün dostlar əvvəlcədən plan qurublab. Məqsədləri isə onu öldürmək ölüb.

"Oğlumu Tural Allahverdiyev, Vüqar Abdullayev və Ruslan adlı şəxs gəlib maşınla evdən aparıblar. Dəyirmandağı kəndində orada isə ölümcül döyüblər. Sonra isə gətirib evimizin 20 metrliyinə atıb gediblər. Planları ancaq öldürmək olub", - zərərçəkənin atası Valeh Alıyev bildirib.

Faktla bağlı araşdırma aparılır. Hazırda Gədəbəy polisi kütləvi davanın iştirakçılarının müəyən edilib saxlanılması istiqamətində əməliyyat - axtarış tədbirlərini davam etdirir./trend/
897 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat