Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2014

Həbsxanada qiyam

Bu gecə 01:30-da Rusiyanın Çelyabinsk şəhərində 1 saylı istintaq təcridxanasında qiyam baş verib. Etirazlarda 100-dən çox məhbus iştiak edib.

Hadisəyə təcridxana nəzarətçilərinin məhbuslarla insanlıqdan kənar hərəkətlər etməsi səbəb olub.

Belə ki, gecə saatlarında təcridxanada kameraların birində yatan məhbusun üzərindən mobil telefon aşkar olunub. Nəzarətçilər məhbusu kameradan çıxarıb cəza otağına aparmaq istəyiblər. Məhbus buna etiraz edib və kameradan çıxmaq istəməyib. Otaq yoldaşları da ona dəstək veriblər. Nəticədə səs-küy yaranıb.

Sonradan onlara digər məhbuslar da qatılıb. Onlar dəmir qablarla barmaqlıqları vurub, fit çalıb, qışqıraraq özlərinə xəsarət yetirməyə başlayıblar. Məhbuslar təcridxanada hökm sürən qəddarlığa etiraz ediblər.

Hadisə nəticəsində 10-a yaxın məhbus ağır yaralanıb. Təcridxana rəsmilərinin verdikləri məlumata görə, məhbuslara heç bir təzyiq göstərilməyib.

Hadisənin səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
800 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:19