Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Oktyabr 2013

Rusiyalı diplomat ABŞ siyasətinin zəif yerini açıqlayıb

Rusiyanın BMT-dəki nümayəndəsi bu barədə çıxış edib

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin hesab edir ki, ABŞ-ın “seçilmiş millət” haqqında pafoslu açıqlamaları bu ölkənin siyasi fəlsəfəsinin zəifliyindən xəbər verir.

İslamazeri.az-ın “Rossiya 24” kanalına istinadən verdiyi məlumata görə, Çurkin deyib: “Bir kimsənin xüsusi haqlara malik olması və beynəlxalq ictimaiyyətin bütün digər üzvlərindən üstün olması haqqında açıqlamaları eşitmək tamamilə qəbul olunmazdır. Bu Amerikanın siyasət fəlsəfəsinin olduqca zəif yeridir.”

Rusiyalı diplomatın sözlərinə görə, bu cür açıqlamaları hələ göz ardına vurmaq olardı, bir halda ki, prezident Obama Amerikanın “seçilmişliyi”ndən beynəlxalq hüquqa məhəl qoymayaraq “seçilməmiş” ölkələrə qarşı hücum etməyin bəraəti kimi istifadə etməsəydi.

Xatırladaq ki bundan əvvəl Amerika xalqına tele müraciətlə çıxış edən Barak Obama Vaşinqtonun digər ölkələrin, o cümlədən Suriyanın daxili işlərinə müdaxiləsini amerikalıların “seçilmiş millət” olması ilə əsaslandırmağa çalışmışdı.
1752 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 10:51
Abdullah