Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2014

"İnsanları intihardan polis gücünə çəkindirmək gülüncdür"a

Osman Kazımov: "Vətəndaşları intihara sövq edən problemləri həll etmək lazımdır"

Metronun "Koroğlu" stansiyası yaxınlığındakı körpüdə baş verən intiharları önləmək üçün körpünün hər iki hissəsində fasiləsiz polis nəzarətinin həyata keçirilməsi müxalif siyasilərin sərt tənqidinə səbəb olmaqdadır. Onların əksəriyyəti hesab edir ki, hökumət intiharları önləmək üçün ən uğursuz və effektsiz bir üsul seçib ki, bu üsulun heç bir halda özünü doğrultmayacağı bəribaşdan məlumdur.
Moderator.az-a açıqlama verən Müsavat Partiyası başqanının müavini Osman Kazımov da intiharları önləmək üçün bu cür addımın həyata keçirilməsinin gülünc olduğunu vurğuladı:
"Hakimiyyət intiharların qarşısını almaq üçün anoloqu olmayan üsul tapıb. Bu, gülünc bir metoddur. Yaxşı olar ki, ölkədə özbaşınalığa, qanunsuzluğa, sifarişli məhkəmələrə son qoyulsun. Vətəndaşların sosial problemlərini həll etmək,onları intihara sövq edən problemləri həll etmək lazımdır. Mənim müdafiə etdiyim bir şəxs də özünü o körpüdən atmaq istəyirdi. Böyük çətinliklə qarşısını almışam. Amma yenə deyir ki, ədalətsizlik ölsa özümü öldürəcəm. İntiharın kökündə ədalətsizlik dayanır. O vətəndaş bildiyim qədər İlham Əliyevə də müraciət edib".
1069 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 16:38
"Hələb tezliklə azad