Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2014

Sual.nur-az.com-da günün sualı

Ümumi

Sual:
Salam. Əsl tövbə necə edilir?

Cavab:
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Yolu səhv salmış sürücü əvvəlcə geri qayıtmalı, sonra yoluna davam etməlidir. Amma səhv yolu davam edərək yalnız dildə “səhv etmişəm” desə heç vaxt mənzilə çata bilməz. Tövbə səhv yoldan qayıtmaqdır. Getdiyi səhv yolu geri qayıdanı Allah sevir və onun tövbəsini qəbul edir. Tövbəkar yediyi haqları sahibinə qaytarmalıdır. Oğurlanmış məbləğ qaytarılmazsa və ya həmin şəxsdən halallıq alınmazsa, tövbənin qəbul olması qeyri-mümkündür. Qəsb etdiyi məbləği qaytarmağa utanan şəxs bu işi özünü tanıtmadan da görə bilər. Hansı yolla olur olsun, həmin məbləğ sahibinə çatdırılmalıdır. Tövbəkar incitdiyi adamdan üzr istəməli, qılmadığı namazların qəzasını qılmalı, gizlətdiyi həqiqəti açıqlamalı, səhvlərini islah etməlidir. Quranda “tövbə və “islah” kəlmələri, adətən yanaşı işlənir. Tövbə yubandırılmamalıdır. Çünki üst-üstə yığılmış günahları yumaq çətin olur. Paltarın üzərinə qonmuş tozu təmizləmək asandırsa, qat kəsmiş palçığı təmizləmək çətindir. Zürarə İmam Baqir (ə)-dən rəvayət edib ki, buyurdu: Bütün bəndələrin qəlbində ağ bir nöqtə var. Günah etdikdə, qara bir nöqtə onda tapılır. Sonra əgər tövbə etsə, o qara nöqtə aradan gedər. Əgər günah etməyə davam etsə, o qara nöqtə böyüyər. Belə ki, ağ nöqtəni örtər. Ağ nöqtə bütövlüklə qara ləkə ilə örtüldükdən sonra, o şəxs heç vaxt yaxşılığa doğru qayıtmaz. Allah-taalanın tövbə qapısı həqiqi tövbə edənlər üçün həmişə açıqdır. İnsan gərək bütün günahlardan və hər gün tövbə etsin.

Allah sizə yar olsun.

914 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:08
Avropa və qadın