Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2014

Rus ordusunda xidmət edən azərbaycanlı niyə öldürülüb?

Rusiya ordusunda xidmət edən azərbaycanlı hərbçinin qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.

“Volxov” qəzetinin verdiyi məlumata görə, noyabrın 27-də Pskvoda yerləşən 76-cı desant-hücum diviziyasının 104-cü alayında öldürülən 19 yaşlı Sadiq Mirzəyevin dostlarından biri bildirib ki, S. Mirzəyevlə qatil arasında mübahisələr əvvələr də baş verib.

O qeyd edib ki, mübahisələr əsasən S. Mirzəyevin milli mənsubiyyəti ilə bağlı olub. “Qətl baş verəndən sonra Sadiqin atası ilə hərbi hissəyə baş çəkdik. Əsgərlərdən öyrəndim ki, növbəti mübahisədən sonra qatil Sadiqi hamam otağına çağırıb və dəsmalda gizlədilmiş bıçaqla onu qarın nahiyyəsindən vurub. Bu an orada olan digər iki nəfərdən biri Sadiqə kömək etmək istəyib, lakin qatil onu da bıçaqla boğazından yaralayıb. Daha bir nəfəri isə hamam otağından qaçarkən bıçaqlayıb”.

Nəşrin yazdığına görə, S. Mirzəyev hərbi xidmətə çağırılmamışdan öncə Novqorod Dövlət Universitetinin iqtisadiyyat fakültəsində təhsil alıb. Lakin riyaziyyat üzrə imtahandan kəsildiyi üçün akademik məzuniyyət götürüb və hərbi xidmətə yollanıb.

Sadiqin atası Rüstəm Mirzəyev isə oğlu ilə hadisə baş verməmişdən 2 saat öncə danışdığını bildirib. “Sadiq dedi ki, səhər tez oyanmalıdır və bu üzdən yatmağa gedir. Noyabrın 29-da isə səhər saat 08.00 radələrində mənə hərbi hissənin xəstəxanasından zəng edərək oğlumun qətlə yetirildiyini bildirdilər. Dərhal hərbi hissəyə zəng etsəm də, izahat verməkdən imtina elədilər. Əminəm ki, oğlumu 2 sutka xəstəxanada saxlayıblar və heç bir tibbi yardım göstərməyiblər”.

“Volxov” qəzetində qeyd olunur ki, ölən əsgərin valideynləri əmindirlər ki, hazırda qətl hadisəsinin ört-basdır edilməsi üçün müəyyən cəhdlər olunur. Lakin Mirzəyevlər ailəsi buna imkan verməyəcəklərini deyir.

Həmçinin bildirilir ki, S. Mirzəyev dekabrın 4-də doğma Bakı şəhərində dəfn olunub.

Xatırladaq ki, 76-cı desant-hücum diviziyasının 104-cü alayında əsgərlər arasındakı münaqişənin milli zəmində baş verdiyi ehtimal edilsə də, 76-cı desant-hücum diviziyasının komandiri Aleksey Naumets bu ehtimalı təkzib edib./apa/
855 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı