Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2014

Elçin Namazovun həbs müddəti başa çatır


Həbs olunan hüquqçu Elçin Namazov dekabrın 10-da azadlığa çıxacaq. Vəkil Xalid Bağırov “Media forum” saytına deyib ki, Binəqədidə, Bakı polisinin inzibati həbs məntəqəsində saxlanan hüquqçunun 15 günlük inzibati həbs müddəti dekabrın 10-u bitir.

Noyabrın 25-də Xətai Rayon Məhkəməsi Elçin Namazova 15 sutka inzibati həbs cəzası kəsib. O, polisin qanuni tələbinə əməl etməməkdə təqsirli bilinib. Hüquqçu Daxili İşlər Nazirliyinin 102 xidmətinə Xətai rayonu ərazisindəki bir restorandan şikayət edib. Şikayətdən sonra onu Xətai Rayon Polis İdarəsinin 37-ci bölməsinə dəvət ediblər. Noyabrın 25-də polisin çağırışına gəlmədiyi, zorla gətirildiyi haqda protokol tərtib edilərək ona inzibati həbs cəzası kəsilib.
776 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 00:01