Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2014

Abgül Süleymanovun vəkilləri şikayət verir

Həbsdə olan ruhani Abgül Süleymanov haqda Qaradağ Rayon Məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti veriləcək. Vəkillərin qənaətinə görə, 13 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi məhbusa qarşı qərəzli mövqe nümayiş etdirib.

Dekabrın 5-də Qaradağ Rayon Məhkəməsi 13 saylı Cəzaçəkmə Müəssisəsi rəhbərinin təqdimatı ilə Abgül Süleymanovun 1 il müddətinə Qobustan qapalı həbsxanasına göndərilməsi haqda qərar çıxarıb. Səbəb kimi məhbusun həbsxanadaxili nizam-intizam qaydalarını pozması göstərilib.

Vəkil Zaman Səmədov deyib ki, Qaradağ Rayon Məhkəməsinin qərarını aldıqdan sonra digər vəkil Cavad Cavadovla birgə müzakirə edib şikayət verəcəklər: “Həbsxana rəisinin təqdimatında deyilir ki, guya Abgül Süleymanov sentyabrın 9-dan müntəzəm olaraq nizam-intizam qaydalarını kobud surətdə pozub. Halbuki o vaxta qədər Abgül Süleymanovdan heç bir şikayət olmayıb. Necə oldu ki, birdən-birə nizam-intizam qaydalarını pozmağa başladı? Qısa zaman kəsiyində Abgül Süleymanova 3 dəfə karser cəzası verilib. Hesab edirik ki, rəhbərliyin Abgül Süleymanova qarşı bu cür qəfil cəza tədbirləri görməyə başlaması qərəzli münasibətin ifadəsidir”.

Abgül Süleymanov 2011-ci ilin avqust ayında şərlənərək həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi onu 11 il müddətinə azadlıqdan məhrum edib. Bakı Apellyasiya Məhkəməsi 23 yanvar 2013-cü il qərarı ilə hökmü qüvvədə saxlayıb. Abgül Süleymanov ötən il də Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 6 ay müddətinə Qobustan qapalı təcridxanasında saxlanıb./mediaforum/
972 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 11:11