Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2014

Piylənmə ömür müddətini 8 il azaldır

Piylənmə insanın bütün orqanlarının və sistemlərinin işinə təsir edir. Kanadanın Makqil Universitetinin alimləri piylənmənin insan ömründən neçə il qopardığını müəyyən ediblər.

Mütəxəssislər yeddi il ərzində dörd min insanın məlumatını təhlil ediblər. Mütəxəssislər piylənmədən əziyyət çəkən və çəkməyən adamlarda ürək-damar sistemi və ikinci tip şəkərli diabet xəstəliklərinin ümumi riskini qiymətləndiriblər.

Alimlər müəyyən ediblər ki, insan ilk artıq kiloqramlarını nə qədər cavan yığsa, bu kiloqramlar onun ömrünü bir o qədər çox qısaldar. İnsan zəif piylənmədə ömrünün 6 ilini, güclü piylənmədə isə təxminən 8 ilini itirir.

Mütəxəssislər insanın özünü yaxşı hiss etdiyi, xroniki xəstəliklərdən əziyyət çəkmədiyi “sağlam” illərini hesablayıblar. Məlum olub ki, piylənmədən əziyyət çəkməyən insanlarda bu göstərici 2-4 dəfə yüksəkdir. Şişman adamlar artıq gənc yaşlarında özlərini narahat hiss etməyə başlayırlar.

Diyetologiya sahəsinin ekspertləri artıq çəkili insanlara bədən tərbiyəsi ilə məşğul olmağı məsləhət görürlər, çünki artıq kiloqramlar ürək xəstəlikləri, şəkərli diabet və dayaq–hərəkət aparatının patologiyası deməkdir.
948 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP