Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2014

İŞİD 1 500 yezidi uşağı qaçırdı

İŞİD terror təşkilatı İraqın Sicar rayonunu işğal etdikdən sonra burda yaşı 16-dan az olan 1 500 yezidi uşağı qaçırıb. Bu barədə İraq İnsan Haqları müşahidə missiyasının hesabatında bildirilib. Qurum, yaşlarının az olması səbəbindən bu uşaqların təzyiq altında qalaraq öz dindaşları ilə döyüşəcək səviyyəyə gəlmələri təhlükəsinin olduğunu deyib. Hesabatda İraq hökumətindən və BMT-dən uşaqların tezliklə İŞİD-in əlindən xilas olunmaları tələb olunub.

Xatırladaq ki, bu il avqustun 3-də İŞİD terror qruplaşması Mosulun qərbində yerləşən Sincar rayonunu peşmərgələrdən almışdı. Bundan sonra qruplaşmanın girov götürdüyü yerliləri müsəlman olmağa məcbur etməsini əks etdirən video-çarx yayılmışdı. İşğal zamanı yerlilərdən bəzisi Ərbilə qaçmış, bəzisi isə dağlara sığınmışdı./ans/
659 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...